Məmmədlidə obyektdə yanğın-VİDEO

Məmmədlidə obyektdə yanğın-VİDEO

Abşeron rayonunun Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən obyektlərdə yanğın baş verib.

FHN-in məlumatına görə, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Məlum olub ki, yanğın bir dam altında yerləşən, ümumi sahəsi 260 kvadratmetr olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri mağazasında baş verib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər bokslara və yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadratmetr, dam örtüyünün taxta atmaları isə 260 kvadratmetr sahədə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir