Ceki Çan bu gün Bakıya gəlib

Ceki Çan bu gün Bakıya gəlib

Dünya şöhrətli aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib.

Xəbəryerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor paytaxtdakı hotellərdən birində yerləşib. O, gün ərzində Bakının görməli yerlərini ziyarət edəcək, sabahdan isə “Tanrının zirehi 4: Ultimatum” (Armour of God IV: Ultimatum) filminin Bakıdakı çəkilişlərinə başlayacaq.

Son günlər sosial şəbəkələrdə Bakıda çəkildiyi iddia olunan fotolardakı şəxs Ceki Çanın özü deyil, onun dublyoru olub. Dublyor çəkilişlərin aparılacağı məkanlarda hazırlıq işlərində iştirak edib. Həmçinin yayılan bəzi görüntülərin süni intellekt vasitəsilə hazırlandığı da istisna edilmir.

Filmin çəkilişləri Azərbaycan və Qazaxıstanda aparılacaq. Ceki Çan ekran əsərində məşhur “Asian Hawk” (“Asiya qartalı”) obrazını yenidən canlandıracaq. Filmdə İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı kimi paytaxtın simvolik məkanları da yer alacaq.

Filmin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir