Regional idarə rəisi qəfil vəfat etdi – Meyiti evində tapıldı
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, mərhumun yaxınları onun vəfatı barədə məlumat yayıblar.

Bildirilib ki, Vüsal İbrahimovun meyiti Şamaxı şəhərində yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Vüsal İbrahimov 2026-cı ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, bundan əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə rəhbərlik edib.

