DİN-dən motosiklet və skuter sürücülərinə xəbərdarlıq

DİN-dən motosiklet və skuter sürücülərinə xəbərdarlıq

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet və skuter idarə edən sürücülərə müraciət edib.

Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, Mərkəz bəzi sürücülərin yol hərəkəti qaydalarını pozaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasından narahatlığını ifadə edib.

Qırmızı işıqda keçən və təhlükəli manevrlər edən sürücülərə xəbərdarlıq

NİİM-in açıqlamasında bildirilib ki, iki təkərli nəqliyyat vasitəsini idarə etmək yol hərəkəti qaydalarını pozmağa və məsuliyyətdən yayınmağa əsas vermir.

Qeyd olunub ki, paytaxt yollarında motosiklet və skuter sürücülərinin bir qismi svetoforun qırmızı işığında hərəkəti davam etdirir, eləcə də təhlükəli manevrlər edirlər. Bu cür davranışlar ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Sürücülərə qəza görüntülərini izləmək tövsiyə olundu

Mərkəz qaydaları pozan sürücülərə müşahidə kameraları tərəfindən qeydə alınmış iki yol-nəqliyyat hadisəsinin görüntülərini diqqətlə izləməyi tövsiyə edib.

Açıqlamada iki təkərli nəqliyyat vasitələrini idarə edən şəxslər yol verilən qəzalardan nəticə çıxarmağa və hərəkət zamanı qaydalara ciddi əməl etməyə çağırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir