Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasının ikinci turunda Özbəkistanın “Neftçi” komandasını məğlub edib.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, Ər-Riyadda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Ronaldo tarixi göstəriciyə imza atdı
“Əl-Nəsr”in heyətində Anqelo 33-cü dəqiqədə hesabı açıb. Portuqaliyalı ulduz Kriştiano Ronaldo isə 42-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu qol onun peşəkar karyerasında 981-ci qol kimi qeydə alınıb.
Qonaq komandanın heyətində Əlişir Odilov 51-ci dəqiqədə fərqlənərək hesab arasındakı fərqi azaldıb. Lakin 78-ci dəqiqədə “Neftçi”nin futbolçusunun avtoqolu “Əl-Nəsr”in üstünlüyünü möhkəmləndirib.
“Neftçi” azlıqda qaldı
Görüşün 65-ci dəqiqəsində İkram Əlibayev qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan sonra Özbəkistan təmsilçisi mübarizəni azlıqda davam etdirib.
Qarşılaşmanın başlaması da gecikib. Raket təhlükəsi ilə əlaqədar matç planlaşdırılan vaxtdan bir saat sonra start götürüb.
“Əl-Nəsr”in növbəti oyunu
Bu qələbə Səudiyyə Ərəbistanı klubunun turnirdə ilk uğuru olub. “Əl-Nəsr” növbəti görüşünü oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” komandasına qarşı keçirəcək.

