Xəbər Yerində xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Zəfər parkını ziyarət ediblər.
Nümayəndə heyəti Zəfər tağının qarşısında xatirə fotosu çəkdirib. Daha sonra diplomatlar Zəfər meydanına yollanıblar.
Qeyd edək ki, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilir.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edib.
Mənbə: Report.az









