Dron hücumuna məruz qalan gəmidəki azərbaycanlılarla bağlı SON MƏLUMAT

Dron hücumuna məruz qalan gəmidəki azərbaycanlılarla bağlı SON MƏLUMAT

Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə dron hücumuna məruz qalan “KHORYV” adlı xarici yük gəmisində olan üç Azərbaycan vətəndaşının hamısı xilas edilib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat yayıb.

Onun sözlərinə görə, ümumilikdə 13 nəfərdən ibarət gəmi heyətində olan üç Azərbaycan vətəndaşı xilas olunub. Onlardan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov yüngül xəsarət alıb. O, tibbi müayinədən keçirildikdən sonra mehmanxanaya yerləşdirilib.

Ayxan Hacızadə bildirib ki, hadisə ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi və aidiyyəti qurumlar arasında koordinasiya işləri aparılır. Vətəndaşlara konsulluq dəstəyinin göstərilməsi üçün zəruri tədbirlər görülür.

XİN rəsmisi Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməmək barədə bir daha xəbərdarlıq edib.

O, həmçinin vətəndaşları riskli marşrutlarla hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında üzən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir