DSX-nin 4 hərbçisinə ali hərbi rütbə verildi

DSX-nin 4 hərbçisinə ali hərbi rütbə verildi

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, üç hərbçiyə “general-leytenant”, bir hərbçiyə isə “general-mayor” ali hərbi rütbəsi verilib.

“General-leytenant” rütbəsi alanlar:

  • general-mayor Babək Mürsəl oğlu Ələkbərov;
  • general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov;
  • general-mayor Faiq Həmzəağa oğlu Məmmədov.

“General-mayor” ali hərbi rütbəsi isə polkovnik Elfan Şakir oğlu Quliyevə verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir