Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, üç hərbçiyə “general-leytenant”, bir hərbçiyə isə “general-mayor” ali hərbi rütbəsi verilib.
“General-leytenant” rütbəsi alanlar:
- general-mayor Babək Mürsəl oğlu Ələkbərov;
- general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov;
- general-mayor Faiq Həmzəağa oğlu Məmmədov.
“General-mayor” ali hərbi rütbəsi isə polkovnik Elfan Şakir oğlu Quliyevə verilib.

