Dubaydan da keçən “GFS Pride” adlı konteyner gəmisinin Hörmüz boğazında hücuma məruz qalaraq batdığı iddia olunur.
Xəbər Yerində xəbər verir ki, ilkin məlumatlara əsasən, gəmidə 2 500-dən çox konteyner olub.
İddialara görə, daşınan yüklər arasında Dubaydan göndərilən “iPhone” telefonları və bahalı ətirlər də yer alıb. Məlumat təsdiqlənərsə, hadisə milyonlarla dollar dəyərində yükün itirilməsi ilə nəticələnə bilər.
Hadisə ilə bağlı rəsmi açıqlama yoxdur
Hazırda gəminin həqiqətən batması, ona hücumun səbəbi və konteynerlərdə daşınan yüklərin tərkibi barədə rəsmi təsdiq verilməyib. Buna görə də yayılan məlumatlar hələlik iddia xarakteri daşıyır.

