Dünya çempionatında 4 azərbaycanlı cüdoçu mübarizəyə başlayır

Dünya çempionatında 4 azərbaycanlı cüdoçu mübarizəyə başlayır

Azərbaycanın daha 4 cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, qadınların yarışında Madina Kaisinova (+78 kq), kişilər arasında isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qadınların +78 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova yarışa 1/16 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.

Kişilərin +100 kq çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov isə mundiala 1/32 finaldan start verəcək. O, ilk görüşündə Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.

Uşanqi Kokauri və Kənan Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq.

Kənan Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Azərbaycan 5 medal qazanıb

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

Azərbaycan millisinin üzvlərindən daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir