Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışları davam edir
Xəbər verildiyimiz kimi, 6 iyul 2026-cı il tarixində Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarına FHN-in Aviasiya dəstəsinin helikopteri, eləcə də Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

