İsmayıllıda iki yeniyetmə – bacı və qardaş göldə boğulub.
“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə təsərrüfat əhəmiyyətli göldə baş verib.
İlkin məlumata görə, yeniyetmələr ehtiyatsızlıq nəticəsində gölə düşüblər.
Onlardan birinin – qızın meyiti sudan çıxarılıb. Digər yeniyetmənin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.

