Energetika Nazirliyində yeni kadr təyinatı

Energetika Nazirliyində yeni kadr təyinatı

“Xəbər Yerində” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Energetika Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Nazir Pərviz Şahbazovun imzaladığı əmrə əsasən, Yusif Qayıbov nazirliyin Elektrik və istilik enerjisi şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Yusif Qayıbov hansı vəzifələrdə çalışıb?

Yusif Qayıbov yeni təyinatadək “AzərEnerji” ASC-də Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlıq şöbəsinin müdiri, həmçinin Dünya Bankının maliyyələşdirdiyi “Azərbaycanda bərpa olunan enerjinin genişləndirilməsi” layihəsinin İcrası Qrupunun direktoru vəzifələrində çalışıb.

Qeyd edək ki, Qayıbov ötən aydan etibarən “AzərEnerji” ASC-nin səhmdarı olduğu “Green Energy Corridor Power Company”nin (GECO) Direktorlar Şurasının sədri və Baş direktoru vəzifələrinin icrasına da başlayıb.

GECO hansı layihəni həyata keçirir?

Məlumat üçün bildirək ki, GECO Xəzər regionundan Qara dəniz vasitəsilə Avropaya “yaşıl” elektrik enerjisinin nəqlini nəzərdə tutan sualtı enerji əlaqəsi – “Black Sea Energy” layihəsinin həyata keçirilməsi məqsədilə yaradılıb.

Birgə müəssisə 2024-cü ildə “AzərEnerji” (Azərbaycan), “Transelectrica” (Rumıniya), “Georgian State Electrosystem” (Gürcüstan) və MVM (Macarıstan) şirkətləri tərəfindən təsis edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir