Ərdoğan İlham Əliyevə və Azərbaycan xalqına müraciət etdi

Ərdoğan İlham Əliyevə və Azərbaycan xalqına müraciət etdi

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Koreya Respublikasına səfərdən qayıdarkən təyyarəsi Azərbaycan hava məkanına daxil olub.

Bu zaman laynerin pilotu dispetçerlə əlaqə saxlayaraq Prezident İlham Əliyevə və Azərbaycan xalqına Ərdoğanın ən səmimi arzularını çatdırıb.

Ərdoğanın mesajı

Mesajda deyilir:

“Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir