“Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimin qatıldığı dəfn mərasimində gözlənilməz hadisə baş verib.
Türkiyə mətbuatının məlumatına görə, “Qalatasaray” İdarə Heyətinin üzvü İbrahim Hatipoğlunun atasının dəfn mərasiminə qatılan Fatih Terimin ayaqqabısının dabanı qopub.
Mərasim zamanı ayaqqabısının dabanının qopduğunu görən Terim vəziyyəti düzəltməyə çalışıb. Hadisə ətrafdakıların da diqqətini çəkib.
Terimin yaşadığı bu gözlənilməz an mərasimdə çəkilən görüntülərdə əks olunub və daha sonra sosial şəbəkələrdə paylaşılıb.
Hadisənin görüntüləri qısa müddətdə gündəmə gəlib.

