Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, Ermənistan ordusunun 11 oktyabr 2020-ci ildə Gəncə şəhərinə növbəti raket hücumundan 6 il ötür.
2020-ci il oktyabrın 11-də saat 02:00 radələrində hərbi əməliyyatlar zonasından xeyli uzaqda yerləşən Gəncə Ermənistan ərazisindən “Skad-B” taktiki əməliyyat-raket kompleksindən atılan ballistik raketlərlə atəşə tutulub.
Hücum nəticəsində “Qələbə parkı” ətrafındakı yaşayış binaları dağılıb.
Raket zərbələri nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edib.
Bu hücumlar nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

