Goranboyda çürümüş elektrik dirəyi 35 yaşlı qadının həyatına son qoydu – VİDEO

Goranboyda çürümüş elektrik dirəyi 35 yaşlı qadının həyatına son qoydu – VİDEO

Goranboy rayonunun Qarapirimli kəndində 35 yaşlı qadının ölümü ilə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Xəbər Yerində Baku TV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Mərhumun həyat yoldaşının sözlərinə görə, elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektrik ustası çağırıblar. Usta xətti bərpa etmək məqsədilə dirəyə çıxarkən çürümüş elektrik dirəyi qəfil aşıb və qadının başına dəyib.

Mərhumun həyat yoldaşı hadisəni belə təsvir edib:

“Səhər duranda gördüm ki, işıq xəttinin biri yerə düşüb. Gedib elektrik ustası gətirdim. O da dirəyə çıxıb xətti bağlayanda dirək yoldaşımın üstünə aşdı”.

Hadisə yerində yaşayan qonşulardan biri də elektrik dirəyinin çürümüş vəziyyətdə olduğunu bildirib.

“Bu, həmin işıq dirəyidir, çürüyüb. Gəlin də burayla getdiyi yerdə beyninə dəyib, canını tapşırıb. 35 yaşında cavan gəlinin balası yetim qaldı”, – deyə qonşu qeyd edib.

Yaxınları qadını öz avtomobilləri ilə xəstəxanaya çatdırmağa çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir