Bakıda sosial şəbəkə istifadəçisinin övladlarının məktəbə başlaması münasibətilə paylaşdığı ailə fotosu diqqət çəkib.
Xəbər Yerində Anz.az-a istinadən xəbər verir ki, görüntüdə qadının həyat yoldaşı başdan-ayağa göz muncuqları ilə bəzədilmiş geyimdə təsvir olunub. Qadın fotoya “Gəlin, bir maşallah deyək” qeydini əlavə edib.
Paylaşım sosial şəbəkədə müzakirələrə səbəb olduqdan sonra qadın görüntünün zarafat məqsədilə redaktə edildiyini açıqlayıb. O bildirib ki, həyat yoldaşı əslində adi geyimdə olub.
“Şəkildəki mənim həyat yoldaşımdır. Bu, sadəcə zarafatdır. Onun görüntüsünü sizi güldürmək üçün dəyişdim. Tamamilə yumor xatirinədir”, – deyə o qeyd edib.





