Güclü külək 4 nəfəri xəsarətləndirdi

Güclü külək 4 nəfəri xəsarətləndirdi

Azərbaycanda müşahidə olunan güclü külək bir sıra hadisələrə səbəb olub. Nəticədə 4 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, küləyin təsirindən xəsarət alan üç qadın və bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Onlara tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Mütəxəssislər güclü külək zamanı vətəndaşlara ehtiyatlı olmağı, ağacların, reklam konstruksiyalarının və digər təhlükəli obyektlərin yaxınlığında dayanmamağı tövsiyə edirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir