Gələn il qiymət artımı ilə bağlı proqnoz açıqlandı

Gələn il qiymət artımı ilə bağlı proqnoz açıqlandı

Azərbaycanda gələn il orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

Nazir qeyd edib ki, ölkədə inflyasiya həyata keçirilən fiskal və monetar siyasət vasitəsilə nəzarətdə saxlanılır.

Cari ilin inflyasiyası 5,7 faiz olub

Sahil Babayevin sözlərinə görə, gələn il üçün nəzərdə tutulan 5,3 faizlik orta illik inflyasiya proqnozu beynəlxalq göstəricilərə uyğun məqbul hədəf hesab olunur.

O bildirib ki, beynəlxalq təcrübədə 4-6 faiz aralığında inflyasiya məqbul hədd sayılır:

“Gələn il üçün orta illik inflyasiya proqnozu 5,3 %-dir. Bu da kifayət qədər beynəlxalq bençmarklara uyğun məqbul hədəf hesab olunur. 4-6 % arası inflyasiya məqbul hədd sayılır. Ona görə 5,3 % proqnozu qoruya bilərsək, kifayət qədər uğurlu nəticə olar. Cari ilin doqquz ayında da inflyasiyamız yenə bu hədlərin daxilindədir – 5,7 %-dir”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir