Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüş oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı çərçivəsində baş tutub.
Məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, AQEM-in VII Zirvə Toplantısı Azərbaycanın təşkilata sədrliyi çərçivəsində keçirilir.

