Hikmət Hacıyev Həsən Cəlalın nəslindən olan şəxsin məzarından paylaşım etdi

Hikmət Hacıyev Həsən Cəlalın nəslindən olan şəxsin məzarından paylaşım etdi

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Həsən Cəlal Dövlənin nəslinin nümayəndələrindən biri olan Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi barədə paylaşım edib.

H.Hacıyev bildirib ki, sözügedən nəslin nümayəndələri XX əsrin əvvəllərinə qədər Qafqaz Albaniyasının hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin adını yaşadıblar.

Onun sözlərinə görə, Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi həmin nəslin öz tarixi köklərinə bağlılığını göstərən mühüm maddi nümunələrdən biridir.

Prezidentin köməkçisi qeyd edib ki, abidə yalnız bir məzarüstü tikili deyil, eyni zamanda nəsillər arasında tarixi bağlılığın qorunduğunu göstərən və keçmişdən gələn irsin yaşadılmasını əks etdirən nümunədir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir