Hindistanda 16 yaşlı oğlanın gözündən diş çıxıb

Hindistanda 16 yaşlı oğlanın gözündən diş çıxıb

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hindistanda həkimlər nadir tibbi halla qarşılaşıblar. Sol göz qapağında şişkinlik şikayəti ilə xəstəxanaya müraciət edən 16 yaşlı yeniyetmənin göz yuvasında tam inkişaf etmiş köpək dişi aşkarlanıb.

Məlumata görə, müayinə zamanı şişkinliyin səbəbinin göz yuvasında yerləşən diş olduğu müəyyən edilib.

Kompüter tomoqrafiyası (KT) müayinəsi dişin tac və kök hissələrinin göz yuvasının yuxarı nahiyəsində yerləşdiyini üzə çıxarıb.

Aravind Göz Xəstəxanasında keçirilən əməliyyat zamanı diş uğurla çıxarılıb. Həkimlərin sözlərinə görə, bu, tibbi ədəbiyyatda göz yuvasının yuxarı hissəsində aşkarlanmış ilk və yeganə ektopik diş halıdır.

Ektopik diş normalda yerləşməli olduğu nahiyədən kənarda inkişaf edən dişə deyilir. Həkimlər, həmçinin çıxarılan toxumanın saç, sümük və diş toxumalarını ehtiva edə bilən teratoma tipli şiş olmadığını müəyyən ediblər.

Belə inkişaf pozuntularına adətən çənə sinusunda rast gəlinir. Həkimlər bu halın təkrarlanma ehtimalının aşağı olduğunu bildiriblər. Əməliyyatdan sonra yeniyetmənin səhhətinin yaxşı olduğu qeyd edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir