İki fərqli üslub bir arada – Alim Qasımov və Üzeyir Mehdizadə duet oxudu-VİDEO

İki fərqli üslub bir arada – Alim Qasımov və Üzeyir Mehdizadə duet oxudu-VİDEO

Xəbər Yerində xəbər verir ki, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə yeni duet layihəsi təqdim ediblər.

Bu barədə Üzeyir Mehdizadə şəxsi sosial şəbəkə hesabında paylaşım edərək yeni layihəsini izləyicilərinin diqqətinə çatdırıb.

Yeni mahnı və klip təqdim edildi

Sənətçilərin birgə ifa etdiyi “Nəyindən narahatsan” adlı mahnı üçün klip də lentə alınıb.

Yeni ekran işi sosial şəbəkələrdə yayımlandıqdan sonra izləyicilərin diqqətini çəkib və maraqla qarşılanıb.

Klipdə emosional səhnələr yer alıb

Klipdə Alim Qasımov və Üzeyir Mehdizadənin körpə beşiyinin yanında birlikdə dayandığı səhnələrə yer verilib.

Ekran işində həmçinin atanın övladına göstərdiyi qayğını əks etdirən emosional görüntülər təqdim olunub.

Alim Qasımovun özünəməxsus ifa tərzi ilə Üzeyir Mehdizadənin səmimi vokalının bir araya gəlməsi mahnının ümumi ab-havasına fərqli çalar qatıb.

Duet və onun üçün hazırlanan klip dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Mənbə: Musavat.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir