İki gün, iki ölüm: Kürdəmir kəndində ildırım faciəsi

İki gün, iki ölüm: Kürdəmir kəndində ildırım faciəsi

Kürdəmir rayonunda ildırım daha bir nəfərin həyatına son qoyub.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da saat 17 radələrində rayonun Şıxımlı kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1975-ci il təvəllüdlü Baba Habil oğlu Calalovu ildırım vurub. O, aldığı zərbə nəticəsində hadisə yerində dünyasını dəyişib.

Eyni kənddə bir gün əvvəl də ölüm baş vermişdi

Qeyd edək ki, Şıxımlı kəndində bundan bir gün əvvəl də oxşar hadisə yaşanıb.

Belə ki, sentyabrın 28-də 1975-ci il təvəllüdlü, Ağsu rayonunun Qasımbəyli kənd sakini Zahir Vahid oğlu Hacıalıyev qoyun otararkən ildırım vurması nəticəsində həyatını itirib.

Onun da ildırım vurması nəticəsində hadisə yerində öldüyü bildirilib.

Beləliklə, iki gün ərzində Kürdəmirin Şıxımlı kəndində ildırım vurması nəticəsində iki nəfər həyatını itirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir