Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi və Nizami rayonlarının prokurorları yeni vəzifələrə təyin ediliblər.
Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fuad Məmmədov Binəqədi rayon prokuroru vəzifəsindən azad edilərək Nizami rayon prokuroru təyin olunub.
Digər əmrlə Pərviz İbayev Nizami rayon prokuroru vəzifəsindən azad edilib və Binəqədi rayon prokuroru vəzifəsinə təyin olunub.
Bundan başqa, Kamal Talıbov ikinci səlahiyyət müddətinə Şirvan şəhər prokuroru vəzifəsinə təyin edilib.

