Xəbər Yerində xəbər verir ki, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.




