Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Heydər Əliyev həmin dövrdə Azərbaycanda olsaydı, ölkənin üzləşdiyi hadisələrin baş verməsinə imkan verməzdi.
“Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın”, – deyə İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu yalnız Heydər Əliyevlə bağlayırdı.

