Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, MDB Dövlət Başçıları Şurasının Türkmənistanda keçirilən iclasından əvvəl dövlət başçıları arasında maraqlı dialoq yaşanıb.
Dövlət bayraqlarının əlifba sırası ilə düzüldüyü meydançada keçirilən birgə fotoçəkiliş zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında diqqətçəkən an yaşanıb.
Protokol qaydalarına uyğun olaraq Paşinyan Azərbaycan və Belarus liderlərinin arasında dayanıb.
Bu zaman Aleksandr Lukaşenko İlham Əliyevə müraciət edərək gülümsəyib və zarafatla deyib:
“O, bizdən heç yerə qaça bilməz. İndi ikimizin arasında qalacaqsan”.
Görüntülərdə həm İlham Əliyevin, həm də Nikol Paşinyanın Lukaşenkonun bu səmimi zarafatını təbəssümlə qarşıladığı görünür.

