AZAL-ın Moskva reysləri niyə ləğv edildi? – Səbəb açıqlandı

AZAL-ın Moskva reysləri niyə ləğv edildi? – Səbəb açıqlandı

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Hava Yollarının (AZAL) oktyabrın 9-na planlaşdırılan Bakı–Moskva–Bakı istiqamətində 4 reysi Rusiyanın hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən ləğv edilib. J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reysləri dəyişdirilib.

Məlumata görə, səhər saatlarında həyata keçirilən J2-185 Bakı–Moskva reysi Sankt-Peterburqa məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya qayıtması mümkün olmayıb.

Eyni zamanda, səhər həyata keçirilən J2-805 Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönüb.

Axşam reysləri də təxirə salındı

Mövcud məhdudiyyətlər təyyarələrin təyinat hava limanlarına vaxtında çatmasına və növbəti uçuşların həyata keçirilməsinə təsir göstərib. Bu səbəbdən J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb.

Nəticədə Rusiyanın hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu gün üçün planlaşdırılan 4 reysi ləğv edilib.

Milli aviadaşıyıcı vəziyyəti operativ şəkildə izlədiyini və sərnişinlərə zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər gördüyünü bildirib.

Uçuş cədvəlindəki dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar.

AZAL vurğulayıb ki, sərnişinlərin və uçuşların təhlükəsizliyi əsas prioritet olaraq qalır və bütün əməliyyat qərarları mövcud vəziyyət və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir