İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb – FOTO

İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb – FOTO

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb.

Xəbər Yerində xəbər verir ki, görüşdə Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycanla Tacikistan arasında mövcud dostluq münasibətlərindən məmnunluq ifadə olunub. Həmçinin çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir