İlham Əliyevin II İnvestisiya Forumunda iştirakı ilə bağlı video yayımlandı

İlham Əliyevin II İnvestisiya Forumunda iştirakı ilə bağlı video yayımlandı

Azərbaycan Prezidenti İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakına dair video sosial media hesablarında paylaşılıb.

Xəbər Yerində xəbər verir ki, videoçarxda dövlət başçısının forum çərçivəsində keçirilən tədbirdə iştirakı və tədbirdən görüntülər yer alıb.

Sentyabrın 26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Forum 25-26 sentyabr tarixlərində keçirilir. Tədbirdə Azərbaycanın investisiya imkanları, regional bağlantılar, enerji, rəqəmsal transformasiya, süni intellekt və digər iqtisadi istiqamətlər müzakirə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir