İmişli Şəkər Zavodunda yanğın baş verib

İmişli Şəkər Zavodunda yanğın baş verib

İmişli Şəkər Zavodunun ərazisində baş verən yanğının təmir işləri aparılan boş anbarda qeydə alındığı məlum olub.

Xəbər Yerində “Report”dan istinadən xəbər verir ki, hadisə zamanı zavodda saxlanılan şəkər ehtiyatlarına zərər dəyməyib.

Yanğınsöndürənlər hadisə yerinə cəlb olunub

Yanğının söndürülməsi üçün İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və 4 texnikası hadisə yerinə cəlb edilib.

Bundan əlavə, Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisənin baş verdiyi əraziyə göndərilib.

Görülən tədbirlər nəticəsində yanğın tam söndürülüb.

Xəsarət alan olmayıb

Hadisə nəticəsində hər hansı xəsarət alan olmayıb. TƏBİB-dən verilən məlumata görə, yanğınla bağlı xəstəxanaya müraciət edən olmayıb.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir