İnfantino Bakıya gəldi, Hövsana getdi

İnfantino Bakıya gəldi, Hövsana getdi

Xəbər Yerində xəbər verir ki, FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib. Onun Bakı səfəri əvvəlcədən ictimaiyyətə açıqlanmayıb.

Futbolinfo.az-a istinadən xəbər verir ki, İnfantinonun səfərində əsas məqsəd oktyabr ayının son həftəsində Bakıda təşkil olunacaq U-15 dünya çempionatına hazırlıq prosesini yerində qiymətləndirməkdir.

Hövsanda 10 meydançaya baxış

FIFA rəhbəri səfərinin ilk hissəsində Hövsan qəsəbəsində inşa edilən futbol meydançalarına baş çəkib.

İnfantino qısa müddət ərzində istifadəyə verilməsi planlaşdırılan 10 meydança ilə tanış olub. Meydançalarda aparılan işlərin təxminən iki ay ərzində bu mərhələyə çatdırılması FIFA prezidentinin diqqətini çəkib.

Qonaq Bakıda U-15 dünya çempionatının təşkili ilə bağlı görülən işlərin gedişindən razı qalıb.

Daha bir neçə görüş keçirəcək

Canni İnfantinonun Bakıda daha bir neçə görüş keçirəcəyi və bundan sonra səfərini yekunlaşdıracağı bildirilib.

FIFA prezidentinin Hövsana səfəri zamanı onu AFFA-nın rəsmiləri müşayiət ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir