Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən hamamlardan birində oğurluq hadisəsi qeydə alınıb.
Məlumata görə, naməlum şəxslər hamamın ərazisindən ümumi dəyəri 5 000 manat olan 3 ədəd kombi aparıblar.
Şübhəlilər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən E. Abdullazadə və əvvəllər məhkum olunmuş R. İsrafilov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı E. Abdullazadənin Masallı rayonunda daha bir şəxsi aldadaraq ondan 1 450 manat pul aldığı da üzə çıxıb.
Həbs qətimkan tədbiri seçilib
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri tətbiq olunub.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

