İnfantinoya rəqib tapıldı – Arsen Venger FIFA prezidentliyinə namizəd ola bilər

İnfantinoya rəqib tapıldı – Arsen Venger FIFA prezidentliyinə namizəd ola bilər

FIFA prezidenti Canni İnfantinoya qarşı olan qüvvələr Arsen Vengeri qurumun rəhbəri vəzifəsinə keçiriləcək növbəti seçkidə namizədliyini irəli sürməyə təşviq etmək niyyətindədir.

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

FIFA prezidentinin seçkisi 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Namizədlər seçkidə iştirakla bağlı müraciətlərini 18 noyabra qədər təqdim etməlidirlər.

Hazırda FIFA-nın qlobal futbol inkişafı departamentinə rəhbərlik edən Vengerin namizədliyinin irəli sürülməsi üzərində çalışıldığı bildirilir.

Qeyd olunur ki, FIFA prezidentliyinə əsas potensial namizədlərdən hesab edilən KONKAKAF prezidenti Viktor Montalyani seçkidə iştirak etməyi düşünmür.

56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA prezidenti seçilib. O, sonrakı illərdə iki dəfə alternativsiz şəkildə yenidən bu vəzifəyə seçilib.

76 yaşlı Arsen Venger isə 1996-2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə London klubu üç dəfə İngiltərə çempionu olub, yeddi dəfə İngiltərə Kuboku və Superkubokunu qazanıb. “Arsenal” Vengerin rəhbərliyi altında Çempionlar Liqası və UEFA Kubokunun finalına da yüksəlib.

Fransalı mütəxəssis həmçinin Yaponiyanın “Naqoya”, Fransanın “Nansi” və “Monako” klublarında çalışıb. Venger “Monako” ilə Fransa çempionluğu və kubokunu qazanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir