Xəbər Yerində xəbər verir ki, İranın “Caspian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi borc məsələsinə görə İstanbul hava limanında uçuşdan əvvəl saxlanılıb.
Qafqazinfo-nun məlumatına görə, EP-KPB qeydiyyat nömrəli “Boeing” tipli təyyarə İrana yola düşməyə hazırlaşarkən sərnişinlər artıq göyərtəyə qəbul edilib.
Lakin təyyarənin təxminən 3 milyon avro məbləğində borcunun olduğu bildirildikdən sonra onun uçuşuna icazə verilməyib.
Sərnişinlər terminala aparılıb
Təyyarənin saxlanılmasından sonra göyərtədə olan sərnişinlər və kabin heyəti təyyarədən endirilib və terminala keçirilib.
Məlumata görə, kreditor şirkətin hüquqşünasları və məhkəmə icraçıları qəbul edilmiş qərarın icrasını təmin etmək üçün İstanbul hava limanına gəliblər.

