Polşanın Krakov şəhərində baş verən silahlı hücum nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Xəbər Yerində xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi meydanında baş verib. Şübhəli şəxs avtomobildən təsadüfi insanlara atəş açıb.
Polis əməkdaşları hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar. Atışma zamanı şübhəli yaralanıb və xəstəxanaya aparılıb.
Yayılan görüntülərdə hücumda şübhəli bilinən şəxsə ilkin tibbi yardım göstərildiyi anlar əks olunub.
Hadisənin motivi və bütün təfərrüatları araşdırılır. Polşa polisi hücumun terror motivli olub-olmadığını hələ rəsmən təsdiqləməyib.

