Kürdəmirdə toyda kütləvi zəhərlənmə: 91 nəfər xəstəxanaya yerləşdirildi

Kürdəmirdə toyda kütləvi zəhərlənmə: 91 nəfər xəstəxanaya yerləşdirildi

Kürdəmir rayonunda toy mərasimindən sonra zəhərlənmə şübhəsi ilə çoxsaylı şəxslər xəstəxanaya müraciət edib.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimindən sonra baş verib.

İlkin məlumata görə, toyda iştirak edən 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Həmin şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilib.

Xəstəxanaya müraciət edənlərin sayı 91 olub

Daha sonra zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayının artdığı məlum olub.

TƏBİB “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Məlumata görə, xəstəxanaya müraciət edən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir