Azərbaycanda LGBT mövzusunun təbliğinə qadağa qoyulacağı ilə bağlı məlumat yayılıb.
Xəbər Yerində Operativ Media-ya istinadən xəbər verir ki, ictimai məkanlarda, mediada, reklam və kino sahəsində, eləcə də internetdə bu mövzuda təbliğatın məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qəbul ediləcəyi iddia olunur.
Məlumatda belə məhdudiyyətlərin uşaqların zərərli hesab edilən informasiyalardan qorunması məqsədi daşıdığı bildirilir. Həmçinin qaydaların pozulmasına görə cərimələr və digər inzibati tədbirlərin tətbiq ediləcəyi iddia olunur.
Rəsmi sənəddə nə deyilir?
Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində 5 avqust 2026-cı il tarixində dərc olunan qanunvericilik dəyişiklikləri sosial şəbəkələrdə yaş məhdudiyyətləri, yetkinlik yaşına çatmayanların təhlükəsizliyi və zərərli məzmundan qorunması ilə bağlı müddəaları əhatə edir.
Lakin həmin sənəddə LGBT təbliğatının qadağan olunması ilə bağlı iddianı təsdiqləyən müddəa müəyyən edilməyib.
Beləliklə, LGBT təbliğatının qadağan olunmasına dair yeni qanunun qəbul ediləcəyi barədə məlumatın hüquqi əsasını təsdiqləyən rəsmi sənəd hələlik müəyyən edilməyib.

