Madridin mərkəzindən 1400-dən çox qoyun və keçi keçdi – VİDEO

Madridin mərkəzindən 1400-dən çox qoyun və keçi keçdi – VİDEO

İspaniyanın paytaxtı Madridin mərkəzi küçələrində qeyri-adi mənzərə yaşanıb. Şəhərin küçələrindən mindən çox qoyun və yüzlərlə keçidən ibarət sürü keçib.

Xəbər Yerində xəbər verir ki, bazar günü minlərlə insan Kaye Mayor küçəsində 33-cü mal-qara köçürmə festivalını izləmək üçün toplaşıb.

Festival çərçivəsində 1250 qoyun və 160 keçidən ibarət sürü Madridin mərkəzindən keçirilib. Qədim ənənəni əks etdirən tədbir həm yerli sakinlərin, həm də turistlərin marağına səbəb olub.

Məlumata görə, Plasa de la Vilya meydanında çobanlar heyvanların şəhərdən keçirilməsi üçün ənənəvi simvolik ödəniş də ediblər. Ödənişin məbləği 50 maravedi təşkil edib. Maravedi İspaniya və Portuqaliyada tarixən istifadə olunan pul vahididir.

Qeyd edək ki, bu ənənənin tarixi 1418-ci ilə gedib çıxır. Festival köçəri maldarlıq ənənələrini və çobanların tarixi yollarından istifadə hüququnu yaşatmaq məqsədi daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir