Apple şirkətinin qatlanan telefon modeli “iPhone Duo”nun ekranında çatların yaranması ilə bağlı istifadəçilər arasında narazılıq yaranıb.
Xəbər Yerində xəbər verir ki, “TechCrunch” nəşrinin məlumatına görə, bəzi istifadəçilər cihazın daxili ekranında çatların əmələ gəldiyini bildiriblər. Şikayətlərdə telefon açılarkən xırıltıya bənzər səsin eşidildiyi, daha sonra ekranın qatlanan hissəsində çatların və görüntü xətlərinin yarandığı qeyd olunur.
Bildirilir ki, problem cihazın ən həssas hissələrindən biri hesab edilən qatlanma mexanizmi və ekranın orta xətti ilə əlaqələndirilir. Bu hal istifadəçilərdə telefonun uzunmüddətli istifadəyə davamlılığı ilə bağlı suallar yaradıb.
Məsələ ilə bağlı “Apple”ın mövqeyi və problemin miqyası diqqət çəkir. İstifadəçilər cihazın ekranında yaranan nasazlığın zəmanət çərçivəsində aradan qaldırılmasını və telefonun etibarlılığı ilə bağlı aydın izahat verilməsini gözləyirlər.
Qeyd edək ki, qatlanan telefonlarda ekranın davamlılığı istehsalçılar üçün əsas texniki problemlərdən biri olaraq qalır. Ekranın mütəmadi açılıb-bağlanması, qatlanma xəttinə düşən təzyiq və materialların aşınması bu tip cihazların istismar müddətinə təsir göstərə bilər.

