Futbol dünyasında illər əvvəl çəkilmiş bir foto yenidən böyük marağa səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntüdə dünya futbolunun ulduzu Lionel Messi və hazırda “Barselona”nın gənc istedadı hesab olunan Lamine Yamal yer alır.
Finalda Yamalın məhz Messiyə qarşı oynuyacaq olması həmin fotoları yenidən gündəmə gətirib.
Maraqlı məqam isə fotonun Yamalın hələ körpə yaşlarında olduğu vaxt çəkilməsidir. Bildirilir ki, həmin görüntü 2007-ci ildə, Messi hələ gənc futbolçu olduğu dövrdə “Barselona”nın xeyriyyə təqvimi üçün keçirilən fotosessiya zamanı lentə alınıb.
İllər sonra həmin körpənin dünyanın ən böyük futbolçularından biri ilə eyni klubda çıxış edən Lamine Yamal olması fotonu xüsusi simvolik məna qazandırıb.
Hazırda “Barselona”nın əsas heyətində çıxış edən Yamal qısa müddətdə Avropa futbolunun ən çox danışılan gənc oyunçularından birinə çevrilib. Messi isə uzun illər “Barselona” tarixinin ən böyük simalarından biri kimi yadda qalıb.


