Milyonçu iş adamı ailəsi ilə birlikdə təyyarə qəzasında öldü – Ad gününə gedirmişlər

Milyonçu iş adamı ailəsi ilə birlikdə təyyarə qəzasında öldü – Ad gününə gedirmişlər

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, “Retention.com” və “RB2B” proqram təminatı şirkətlərinin təsisçisi və baş direktoru, 44 yaşlı milyonçu Adam Robinson ailəsi ilə birlikdə ABŞ-ın Florida ştatında baş verən təyyarə qəzasında həyatını itirib.

Texas ştatının Ostin şəhərindən Baham adalarına uçan “Learjet 60” markalı özəl təyyarə Palm Biç yaxınlığındakı yaşayış məntəqəsinə düşüb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı ölüb.

Faciə zamanı iş adamı ilə yanaşı, həyat yoldaşı Helen Şarp, 4 yaşlı Emma və 2 yaşlı Çarli adlı övladları da həyatlarını itiriblər. Ailənin dayəsi Anita Maria Apellido Cetina, eləcə də ailə dostları Reyçel Rid və Çarmi Fehr də həlak olanlar arasındadır.

Məlumata görə, ailə təyyarə ilə Adam Robinsonun ad gününü qeyd etmək üçün səfərə çıxıbmış.

Təyyarənin idarəetməsində olan 55 yaşlı kapitan pilot Ceff Qreqori və 20 yaşlı ikinci pilot Nataliya Qadelha Filqeyras da qəzada ölüblər. İkinci pilotun 17 yaşından aviasiya təlimlərinə başladığı və böyük aviasiya arzularının olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır

İlkin məlumatlara görə, uçuş zamanı heyət əlverişsiz hava şəraiti və güclü turbulentlik barədə dispetçer xidmətinə məlumat verib. Pilot hündürlüyün artırılmasını xahiş etsə də, qısa müddət sonra təyyarə sürətlə hündürlük itirməyə başlayıb.

Heyət təcili həyəcan siqnalı verib, lakin təyyarə yaşayış massivinə çırpılaraq alovlanıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) qəza ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Təyyarənin yerə çırpılmadan əvvəl havada parçalanması ehtimalı da araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir