Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, ötən gecə Mingəçevirdə qayıq qəzası baş verib.
Məlumata görə, yüksək sürətlə hərəkət edən kater idarəetmədən çıxaraq “River Side” hotelinin restoranına çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə ilə bağlı ilkin məlumatlar yayılıb.
İlkin məlumata əsasən, qəza törədən katerin Mingəçevirdə “Aptek Bəxtiyar” kimi tanınan Bəxtiyar Səmədovun nəvəsinə məxsus olduğu iddia edilir. Qeyd edək ki, Bəxtiyar Səmədov bir neçə il əvvəl intihar edib.
Hadisənin digər təfərrüatları və xəsarət alanların vəziyyəti ilə bağlı məlumat verilməyib.

