Müdafiə Nazirliyinin rəhbərliyi Zəfər Günü münasibətilə şəhidlərin məzarlarını ziyarət edib – FOTO+VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Zəfər Günü münasibətilə şəhidlərin məzarlarını ziyarət edib – FOTO+VİDEO

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Fəxri xiyaban və Hərbi Memorial Məzarlıq ziyarət olunub

Əvvəlcə Fəxri xiyabanı ziyarət edən Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla anıb.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub və üzərinə tər güllər düzülüb.

Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, memorial abidənin önünə əklil düzülüb.

Zakir Həsənov şəhid ailələri ilə görüşüb

Ziyarət proqramı Zəfər Parkında davam etdirilib. Abidənin önünə əklil və gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla yad edilib.

Ziyarət zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşərək onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb.

Görüşdə şəhid ailələri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya, eləcə də hərtərəfli dəstəyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir