Murat Boz sel fəlakətinin ortasında qaldı: 250 nəfər üçün kömək istədi

Murat Boz sel fəlakətinin ortasında qaldı: 250 nəfər üçün kömək istədi

Türkiyənin İstanbul şəhərində güclü yağışların səbəb olduğu sel məşhur müğənni Murat Bozu və onun komandasını çətin vəziyyətə salıb.

Xəbər Yerində Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayazağa bölgəsində yerləşən “Cendere Phoenix” studiyasını su basıb. Müğənni və heyəti binada köməksiz vəziyyətdə qalıb.

“Maşınlar üzür, studiyaya su dolur”

Murat Boz sosial şəbəkədə canlı yayım açaraq Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD), bələdiyyəyə və yanğınsöndürmə xidmətinə müraciət edib.

Sənətçi təcili vəziyyətlə əlaqədar canlı yayım açmağa məcbur qaldığını bildirib:

“Heyətlə birlikdə Ayazağada, ‘Phoenix’ studiyasında çarəsiz qalmışıq. Yolu 2 metr su basıb, maşınlar üzür. Olduğumuz studiyaya da su dolmaqda davam edir, olduğumuz yerdən tərpənə bilmirik”.

Qadın əməkdaşları asma mərtəbəyə qaldırıb

Müğənni suyun səviyyəsinin sürətlə yüksəldiyini və təhlükəsizlik məqsədilə qadın əməkdaşları asma mərtəbəyə qaldırdıqlarını söyləyib.

Lakin onun sözlərinə görə, həmin ərazinin tutumu məhduddur və orada ən çoxu 30-35 nəfər qala bilər.

Murat Boz bölgədə internet bağlantısının da zəiflədiyini qeyd edərək aidiyyəti qurumlardan təcili yardım istəyib.

“AFAD-dan, bələdiyyədən, yanğınsöndürənlərdən yardım istəyirik. Burada 200-250 nəfər insan var. Mümkündürsə, təxliyə üçün təcili müdaxilə olunmasını xahiş edirik”, – deyə müğənni bildirib.

Hadisə ilə bağlı yayılan görüntülərdə sənətçinin və komandasının kömək gözlədiyi əks olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir