Mustafa Sandalın həyat yoldaşı ilə bağlı 11 milyardlıq şok iddia

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı 11 milyardlıq şok iddia

Xəbər Yerində “Axşam.az”a istinadən xəbər verir ki, Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın adı ölkədə davam edən fond araşdırması çərçivəsində hallanıb.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Melis Sandal barəsində tədbir görülməsi tələb olunan şəxslər arasında yer alıb.

11 milyard lirəlik pul çıxarılması iddiası

İddialara əsasən, Melis Sütşurup Sandal 1 iyul-16 sentyabr 2026-cı il tarixləri arasında ləğv edilməsi qərara alınan fondlardan ümumilikdə 11 milyard 126 milyon 528 min 163 lirə, yəni təxminən 390 milyon manat çıxarıb.

Hazırda onun hesablarında olan 249 milyon 992 min lirə vəsaitin istifadəsinə məhdudiyyət qoyulduğu bildirilib.

Melis Sandalın vəkili isə mediada yayılan bu iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Mustafa Sandaldan açıqlama

Məsələ ilə bağlı Mustafa Sandal da sosial media hesabında paylaşım edib. Müğənni fond araşdırması ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Onun sözlərinə görə, indiyədək hər hansı fondun alınması, satılması və ya belə bir təşkilatlanmanın tərkibində olması ilə bağlı fəaliyyəti olmayıb.

Mustafa Sandal qeyd edib ki, 32 ildir onun yeganə gəlir mənbəyi musiqidir. O, həyat yoldaşı və vəkilinin məsələ ilə bağlı lazımi açıqlamaları verdiyini də bildirib.

Melis Sandalın Dubaya getdiyi iddia edilir

Türkiyə mediasında yer alan məlumatlarda Melis Sandalın fondlardan çıxardığı iddia olunan 11 milyard lirəni Dubaya köçürdüyü də irəli sürülüb.

Bundan başqa, həyat yoldaşı ilə birlikdə zərərçəkənlərdən biri olduğunu bildirən Mustafa Sandalın fondlarla bağlı araşdırma başlamazdan əvvəl Dubayda yaşayış icazəsi almaq üçün müraciət etdiyi üzə çıxıb.

Mustafa Sandal Dubayda hava limanında saxlanılıb

Məlumata görə, ötən günlərdə konsert üçün xaricə getmək istəyən Mustafa Sandal Dubay hava limanında polis tərəfindən saxlanılıb və ölkədən çıxmasına icazə verilməyib.

Prosedurların tamamlanması üçün müğənninin iki gün Dubayda qalmalı olduğu, daha sonra isə xaricdəki konsertinə çatmaq üçün xüsusi təyyarə kirayələdiyi bildirilib.

Melis Sandalın ölkədən çıxışına qadağa qoyulduğu iddia olunur

Digər tərəfdən, Melis Sandal barəsində xaricə çıxış qadağası tətbiq edildiyi də iddia edilib.

Onun fond hesablarındakı vəsaiti çıxardıqdan sonra Dubaya getdiyi və hələ də Türkiyəyə qayıtmadığı irəli sürülüb.

Araşdırma davam edir

İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Cinayət Gəlirlərinin Yuyulması üzrə İstintaq Bürosu tərəfindən kapital bazarlarında aparılan əməliyyatlarla bağlı araşdırma davam etdirilir.

İstintaq çərçivəsində 42 nəfərin əmlakı ilə bağlı tədbir görüldüyü bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir