İstanbulun Boğaz sahilində yerləşən, təxminən 200 illik tarixi yalıya sərnişin gəmisi çırpılıb.
“Xəbər Yerində” Milliyet-ə istinadən xəbər verir ki, hadisə Kandilli sahilində yerləşən Kazasker Necmettin Efendi Yalısında baş verib.
Boğaz turu etdiyi bildirilən sərnişin gəmisi naməlum səbəbdən idarəetmədən çıxaraq yalıya doğru sürüklənib.
Əvvəl yaxta, sonra yalını vurub
Məlumata görə, idarəetmədən çıxan gəmi əvvəlcə yalıya yaxın ərazidə olan yaxtaya, daha sonra isə tarixi binaya çırpılıb.
Qəza nəticəsində yalının rıhtımında ciddi zərər meydana gəlib. Hadisə anı təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə sərnişin gəmisinin əvvəlcə yaxtaya çırpıldığı, daha sonra isə yalının bağçasına doğru hərəkət etdiyi görünür.
Derin Mermercidən sərt reaksiya
Hadisədən sonra yalı sahibi, tanınmış türkiyəli sima Derin Mermerci sosial media hesabında paylaşım edərək baş verənlərə sərt reaksiya göstərib.
Mermerci bildirib ki, hadisə zamanı uşaqları evdə olub və ciddi qorxu yaşayıblar.
“Belə bir şey heç vaxt yaşamamışdım, əllərim titrəyir. Dava açacağam. Mənim uşaqlarım bu evdə dəhşətli travma yaşadılar. Rıhtımımı məhv etdilər”, – deyə o bildirib.
Karakolda ifadə verib
Derin Mermerci hadisədən sonra polis bölməsinə gedərək ifadə verib və hüquqi proses başladacağını açıqlayıb.
O, polis əməkdaşlarının hadisə yerinə qısa müddətdə gəldiyini də qeyd edib:
“Evə yatmağa hazırlaşırdım, gəmi gəlir. Mən isə polis bölməsinə ifadə verməyə gəlirəm. Bu arada bizim polisimizin üzərinə yoxdur. Möhtəşəmdirlər. Təxminən 14 dəqiqəyə gəldilər”.
19-cu əsrdən qalma yalı
Boğazın Üsküdar-Vaniköy sahilində yerləşən Kazasker Necmettin Efendi Yalısının 19-cu əsrdən qaldığı bildirilir.
Tarixi yalı uzun illərdir Mermerci ailəsinin adı ilə bağlıdır və onun tapusunun Derin Mermercinin adına olduğu qeyd edilir.

